Nərminin qəsdən öldürülməsi ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir - Baş Prokurorluq

15:25 21.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.

Hafta.az xəbər verir ki, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.